Millimizin baş məşqçisi Latviya ilə matça şərh verdi

18:44 - 4 Yanvar 2016

"Rəqib futbolçular boy üstünlüyündən faydalanırdı"
 
17 yaşlılardan ibarət millimiz Valentin Qranatkinin xatiəsinə həsr olunmuş turnirin ilk matçında Latviya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
 
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Təbriz Həsənov qarşılaşmaya belə şərh verib:
 
"Hər iki komanda qələbə qazana bilərdi. Sonda qol vurmaq üçün həm bizim, həm də rəqibin şansı oldu. Rəqib futbolçular boy üstünlüyündən faydalanırdı. Birinci oyunlarda hər zaman həyəcan, gərginlik olur. Digər tərəfdən, futbolçularımız ilk dəfədir ki, belə turnirdə iştirak edirlər. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik".

Xəbər xətti