Latviyanın baş məşqçisi: "Sonda Azərbaycan yığması qələbə qolunu vura bilərdi"

19:00 - 4 Yanvar 2016

"Düşünürəm ki, bərabər səviyyəli oyun oldu"
 
17 yaşlılardan ibarət millimiz Valentin Qranatkinin xatiəsinə həsr olunmuş turnirin ilk matçında Latviya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
 
Sportal.az xəbər verir ki, Latviya millisinin baş məşqçisi Aleksandr Basov qarşılaşmaya belə şərh verib:
 
"Turnirdə ilk oyunumuz olduğu üçün komandada müəyyən qədər həyəcan var idi. Düşünürəm ki, bərabər səviyyəli oyun oldu. Lakin qarşılaşmanın sonunda Azərbaycan yığması qələbə qolunu vura bilərdi. Qol buraxmağımızı nəzərə almasaq, ümumilikdə komandamdan razı qaldım"

Xəbər xətti