"Qalatasaray" yeni transferini təqdim etdi FOTO

19:07 - 5 Yanvar 2016

Donkla 3 illik müqavilə imzalanıb

 

Türkiyənin "Qalatasaray" klubu yeni transferini təqdim edib.

 

Sportal.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, "cim bom"  "Kasımpaşa"dan heyətinə qatdığı Rayan Donku rənglərinə bağladığını açıqlayıb. Hollandiyalı yarımmüdafiəçi ilə  3 illik müqavilə imzalanıb. 

 

29 yaşlı futbolçu klubun televiziyasına verdiyi açıqlamada böyük kluba gəldiyini bildirib: "Kasımpaşa"nın məşqlərinə gedərkən hər zaman "TT Arena"nın qarşısından keçirdim. Stadionumuzu hər gün görmək şansım olurdu. "Qalatasaray"ın nə qədər böyük bir klub olduğunu hər dəfə anlayırdım. Burada olduğum üçün çox xoşbəxtəm. Nəhayət ki, sarı-qırmızı fotmanı gəymək mənə qismət oldu".

 

Xəbər xətti