Bülent Qorxmazı dünən əvəz edən baş məşqçi bu gün istefa verdi

20:02 - 6 Yanvar 2016

Hakan Kutlu vəzifəsindən ayrıldı
 
Türkiyə Super Liqasında mübarizə aparan "Mersin İdman Yurdu" klubu baş məşqçisi ilə yollarını ayırdı.
 
Sportal.az xəbər verir ki, "Mersin İdman Yurdu" Bülent Qorxmazla yollar ayrıldıqdan sonra vəzifəyə Hakan Kutlunu gətirib. Lakin vəzifəsində 1 gün qalan Hakan Kutlu bu gün istefa verib.
 
Qeyd edək ki, "Mersin İdman Yurdu" Super Liqada 17 turdan sonra 10 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti