"Xəzər Lənkəran" doğma şəhərdə başlayıb Bakıda davam edəcək

00:09 - 7 Yanvar 2016

Komanda sabah bir araya gəlir
 
Dövrələrarası qış fasiləsində istirahət edən “Xəzər Lənkəran” yanvarın 8-də bir araya gələcək.
 
Sportal.az xəbər verir ki, komanda cümə günü doğma şəhərdə toplanacaq. Özünün bazasında məşqlərə başlayacaq komanda 5-günlük hazırlığın ardından paytaxta yollanacaq. Gələn həftənin cümə axşamı, yanvarın 14-dən etibarən “Xəzər Lənkəran” qış  toplantısını Bakıda davam etdirəcək. Yeni futbolçuların da heyətə cəlb olunması məhz paytaxtda keçəcək hazırlıqlar zamanına gözlənilir. (12cioyuncu.info)

Xəbər xətti