"Azərbaycana məğlub olduğumuz üçün məyusam"

00:46 - 7 Yanvar 2016

"Amma fasilədən sonra fiziki cəhətdən çatdırmadıq"
 
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin ikinci turunda 17 yaşadək futbolçulardan ibarət milli komandamız Bolqarıstanı 2:0 hesabı ilı məğlub edib. 
 
Sportal.az xəbər verir ki, Bolqarıstan millisinin baş məşqçisi Pavlov Viktorio matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
 
“Ümumi götürsək, bərabərsəviyyəli oyun oldu. Məncə birinci hissədə biz daha yaxşı təsir bağışladıq. Amma fasilədən sonra fiziki cəhətdən çatdırmadıq. Buna görə də Azərbaycan millisi ikinci hissədə daha yaxşı oynadı. Nəticəyə görə məyusam. Amma məni daha çox komandamın ikinci hissədəki zəif çıxışı narahat edir. Həm biz, həm də Azərbaycan yığması digər komandalardan 1 yaş kiçik olsa da, taktiki cəhətdən rəqiblərdən geri qalmırıq".

Xəbər xətti