Azərbaycan dünya çempionatı üçün namizədliyini verdi

10:10 - 7 Yanvar 2016

5 şəhər arasında...

 

Azərbaycan cüdo üzrə dünya çempionatını keçirməyə namizədliyini irəli sürüb.

 

Sportal.az xəbər verir ki, bunu “tvitter” sosial şəbəkəsində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer açıqlayıb.

 

O bildirib ki, 2018 və 2019-cu ildə təşkil olunacaq dünya çempionatları üçün artıq 5 şəhər rəsmi təklif göndərib. Vizerin sözlərinə görə, mundiala ev sahibliyi etməkdə Azərbaycan da iddialıdı: “Paris, Tokio, Kazan, Bakı və Qahirə artıq bizə müraciət edib. Həmçinin, Hyustonun da onlara qoşulması istisna deyil”.

 

Qeyd edək ki, dünya çempionatı Bakıya verilərsə, Azərbaycan tarixində ilk olacaq.

Xəbər xətti