"Beşiktaş"ın transferlərində Mübariz Mənsimov amili

15:59 - 7 Yanvar 2016

 Denis Boyko və Duqlas

 

"Beşiktaş" Ukraynanın "Dnepr" komandasının qapıçısı Denis Boyko və müdafiəçi Duqlası heyətinə qatmaq istəyir.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "qara qartallar" hər iki futbolçu ilə razılıq əldə etsələr də ukraynalılar bu transferlıərə maneə törətmək istəyir.

 

"Beşiktaş"ın təklif etdiyi 5 milypon avronun az olduğunu bildirən "Dnepr" rəhbərliyi futbolçuları üçün 10 milyon avro tələb edir. Boyka və Duqlası transfer etməkdə israrlı olan İstanbul nəhəngi azərbaycanlı iş, "Xəzər Lənkəran"ın sahibi adamı Mübariz Mənsimovun vasitəsilə bu transferləri həyata keçirmək istəyir. Belə ki, "Beşiktaş"ın prezidenti Fikrət Orman Mənsimovdan təşkilatçılıq etməsini istəyib.

Xəbər xətti