"Bursaspor"un stadionuna "Azərbaycan Arena"adı verilməyəcək

12:05 - 8 Yanvar 2016

Namizədliyini götürdü

 

Xəbər verdiyimiz kimi, "Bursaspor"un yeni istifadəyə verilən stadionuna "Azərbaycan Arena" adı verilə bilərdi.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iddianı irəli sürən klub prezidentliyinə namizəd Timur Noyan idi. O, geri addım ataraq seçkilərdə öz namizədliyini rəsmən geri götürüb. 

 

Qeyd edək ki, Noyanın öz namizədliyini geri götürməsi ilə stadiona "Azərbaycan Arena" adı verilməyəcək.

Xəbər xətti