Afrika kuboku yarışları
Cüdo üzrə Azərbaycan milli komandası yanvarın 16-da Tunisdə keçiriləcək Afrika kuboku yarışlarında iştirak edəcək.
Sportal.az xəbər verir ki, millimiz turnirdə 14 cüdoçu ilə təmsil olunacaq. Onlardan 10-u kişi, 4-ü qadın idmançılarımızdı.
Vüqar Şirinli, Davud Məmmədov (hər ikisi 60 kq), Telman Vəliyev, İlkin Babazadə (hər ikisi 66 kq), Fəqan Quluzadə, Vüqar Bayramov (hər ikisi 73 kq), Ziya Namazov (81 kq), Tural Safquliyev (90 kq), Cəlil Şükürov və Firudin Dadaşev (hər ikisi 100 kq) yer alıblar.
Qadınlardan ibarət komandada isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Səkinə Zairova (52 kq) və Xanım Hüseynova (63 kq) birincilik uğrunda mübarizə aparacaq. Reytinq xarakterli yarışa ümumilikdə 53 ölkədən 343 cüdoçu qatılacaq.
saytlarin hazirlanmasi