"Neftçi"nin heyətində bürünc medal qazanıb
Azərbaycanın tanınmış futbol veteranı Valeri Hacıyev vəfat edib.
Sportal.az xəbər verir ki, V.Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün - 75 yaşında dünyasını dəyişib.
"Neftçi"nin sabiq yarımmüdafiəçi sabah Bakıxanov qəsəbəsində dəfn olunacaq.
Qeyd edək ki, Valeri Hacıyev 1966-cı ildə SSRİ çempionatında "Neftçi"nin heyətində bürünc medal qazanıb. O, Fuad Musayevin AFFA prezidenti olduğu dövrdə bir müddət U-21 yığmamızın baş məşqçisi kimi də fəaliyyət göstərib.
saytlarin hazirlanmasi