"Trabzonspor"da yeni müqavilə

17:46 - 8 Yanvar 2016

Onur 2020-ci ilədək komandada

 

Türkiyənin "Trabzonspor" klubunda yeni müqavilə imzalanıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi qapıçı Onur Recep Kıvrakla müqavilə müddətini uzadıb.  Belə ki, 2018-ci ilin may ayında bitməli olan müqavilə daha 2 il uzadılıb. Təcrübəli əlcək sahibi 2020-ci ilin may ayınadək "Trabzonspor"un şərəfini qoruyacaq. O, yeni sözləşməyə əsasən illik 2 milyon 250 min avro qazanacaq.

Xəbər xətti