Millimizin baş məşqçisi darmadağına belə şərh verdi

00:08 - 9 Yanvar 2016

"Bu məqam gələcəkdə daha yaxşı çıxış etməyimizə yardımçı olacaq"
 
“Nə deyə bilərəm ki? Rəqibi təbrik edirəm. Sloveniya bu gün qələbə layiq idi”.
 
Sportal.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin üçüncü turu çərçivəsində Sloveniyaya qarşı keçirilən oyundan (0:4) sonra deyib. Həsənov bütün komponentlərdə rəqibdən geri qaldıqlarını vurğulayıb:
 
“Sloveniya millisi bütün komponentlərdə bizi üstələdi. Oyun ərzində səhvlərimizi gördük. Bu məqam gələcəkdə daha yaxşı çıxış etməyimizə yardımçı olacaq. Yaş fərqini bəhanə etmək istəməzdim. Çünki bura gələndə hansı komandalara qarşı oynayacağımızı bilirdik. Dəvət alsaq, gələn il də bu heyətlə çıxış edəcəyik. Lakin hazırda bu ilki turnir də davam edir. Növbəti matçda daha yaxşı oynayacağımızı düşünürəm”.

Xəbər xətti