Hazırlıqlar davam edir
Doğma şəhərdə təlim-məşq toplntısı keçən “Xəzər Lənkəran” hazırlığının ikinci günündə iki dəfə məşq edib.
Sportal.az xəbər verir ki, görə yanvarın 9-da əvvəlcə səhər saat 10:30-da futbolçulardan normativlər götürülüb. Ardıyca baza-oteldə az müddətli istirahətə çəkilən komanda saat 16:00-da stadionun ehtiyat meydançasında toplu çalışmalardan ibarət məşqə başlayıb.
Heyətdə hələlik Akif Tağıyev və Hacı Əhmədov olmaqla iki yeni futbolçu var. Yanvarın 13-də toplantı Bakıda davam etdirələrkən Tural Cəlilov da komandaya qoşulacaq. Rasim Ramaldanovun isə geri dönüb dönməyəcəyinə yanvarın 10-da tam aydınlıq gələcək. (12cioyuncu.info)
saytlarin hazirlanmasi