Cokoviç 2016-cı ildə ilk titulunu qazandı

01:29 - 10 Yanvar 2016

Nadalı məğlub etdi
 
Qətərin paytaxtı Doha şəhərində təşkil olunmuş "Qatar Open" ATP seriyalı tennis turnirinin qalibi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, turnirin finalında ispaniyalı roketka ustası Rafael Nadal və dünyanın 1 nömrəli roketka ustası hesab edilən serbiyalı Novak Cokoviç üz-üzə gəliblər. Setlərdə rəqibini 6:1 və 6:2 hesabı ilə məğlub edən Novak Cokoviç "Qatar Open" turnirinin qalibi olub.
 
Cokoviç ilin ilk çempionluğunu 1 saat 13 dəqiqəyə qazanıb.

Xəbər xətti