Millimizin son rəqibi müəyyənləşdi

11:27 - 10 Yanvar 2016

7-ci yer uğrunda...

 

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının son rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yığmamız 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə üz-üzə gələcək.

 

Yanvarın 12-də Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Xəbər xətti