Fiziki məşqlər üzərində çalışıb
Zirə” qış hazırlığının növbəti mərhələsini Türkiyədə keçirir.
Sportal.az klubun saytına istinadə xəbər verir ki, dünən Antalyaya gedən “qartallar” bu gündən etibarən məşqlərə star verib. Bu gün baş tutan ilk məşqdə komanda ümumi dözümlülük və fiziki məşqlər üzərində çalışıb.
Xatırladaq ki, yanvarın 23-dək davam edəcək təlim-məşq toplanışı zamanı “Zirə” 3 yoxlama oyununda qüvvəsini sınayacaq.