Millimiz "Antalya Cup" turnirində iştirak edəcək

12:22 - 11 Yanvar 2016

Təlim-məşq toplanışı

 

Yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq.

 
Sportal.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız “Antalya Cup” turnirində iştirak edəcək.

 
Azərbaycan yığması ilə yanaşı, turnirdə Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları mübarizə aparacaq. 


Püşkü yanvarın 20-də atılacaq turnirin oyunları yanvarın 22-də, 24-də, 26-da və 28-də keçiriləcək.

Xəbər xətti