Fiziki hazırlıq üzərində çalışıb
Premyer Liqanın III dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu bu gün səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb.
Sportal.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında əvvəlcə dəniz kənarında hazırlaşıb, daha sonra topla çalışmalara üstünlük verib. "Sumqayıt" FK axşam isə "Kapital Bank Arena"da məşqə çıxacaq.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu yanvarın 13-də səfərdə AZAL-a qarşı keçirəcək.
saytlarin hazirlanmasi