Aqil Məmmədov yenidən "Sumqayıt"da

16:55 - 11 Yanvar 2016

Texniki direktor vəzifəsinə gətirilib

 

“Sumqayıt” Futbol Klubunda növbəti təyinat rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, Müşahidə Şurasının qərarına əsasən, Aqil Məmmədov klubda texniki direktor vəzifəsinə gətirilib. Adıçəkilən mütəxəssis bundan sonra “Sumqayıt” FK-nın akademiyasına rəhbərlik edəcək. Aqil Məmmədov bu gün akademiyanın məşqçi və inzibati heyətinə təqdim edilib.

Xəbər xətti