"Azərbaycan yığması yaxşı komandadı"
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sonuncu oyunda Belarusa 1 - 2 hesabı ilə məğlub olaraq turniri 8 pillədə başa vurub.
Sportal.az xəbər verir ki, Belarusun baş məşqçisi Mixail Markel qələbəyə belə şərh verib: "Hər iki komanda üçün yaxşı oyun oldu. Motivasiya baxımından müəyyən problemlər var idi. Üstəlik, yorğunluq da sözünü deyirdi. Birinci hissədə zəif oynadıq. Fasilədə müəyyən dəyişikliklər etdik. Bu da özünü doğrultdu. Azərbaycan yığması yaxşı komandadır. Belə rəqiblə oynamaq hər zaman xoşdur".
saytlarin hazirlanmasi