Hüseyn Seyliqlini ən yaxşı seçiblər
Millimiz FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə son oyununa çıxıb.
Sportal.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Belarusun U-19 komandasına qarşı keçirdiyi oyunda (1 - 2) ən yaxşı futbolçusu müəyyənləşib. Turnirin təşkilatçıları Sankt-Peterburqda baş tutan qarşılaşmada Hüseyn Seyliqlini ən yaxşı seçiblər.