"Xəzər Lənkəran"ı məşqə Elburus Məmmədov çıxardı FOTO

19:07 - 12 Yanvar 2016

Məşq toplu çalışmalardan ibarət olub

 

Yeni futbolçuların transferindən vaz keçən “Xəzər Lənkəran” bu gün növbəti axşam məşqini keçirib.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Yunis Hüseynov klub rəhbərliyi ilə görüşmək üçün paytaxta yollandığından hazırlıq prosesi əvəzedici heyəti çalışdıran Elbrus Məmmədovun rəhbərliyində baş tutub. 


Stadionun əsas meydançasında saat 16:00-da başlayan məşq toplu çalışmalardan ibarət olub.  (12cioyuncu.info)

 

Xəbər xətti