Taktiki-texniki hazırlıq üzərində çalışdılar
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Zirə” məşqlərini davam etdirir.
Sportal.az xəbər verir ki, komanda ötən gün səhər məşqinə fitnes zalında start verib.
Baş məşqçi Adil Şükürov futbolçuları güc və ümumi dözümlülüyün artırılması üzərində çalışdırıb. Ardından “qartallar” hazırlıqlarını meydanda davam etdiriblər. Burada isə topla güc və ümumi dözümlülüklə bağlı tapşırıqlar həyata keçirilib. Axşam məşqində isə komanda taktiki-texniki hazırlıq üzərində çalışıb.
saytlarin hazirlanmasi