"CBC Cup"un yeni əsasnaməsi və təqvimi məlum oldu

19:49 - 13 Yanvar 2016

Dairəvi sistemlə keçiriləcək

 

Sabah start götürəcək "CBC Sport" kubokunun yeni əsasnaməsi və təqvimi bəlli olub.

 

Sportal.az  sizi turnirin əsasnaməsi və təqvimi ilə tanış edir.

 

Əsasnamə

 

1.Turnirin iştirakçıları:

• İştirakçı klublar: “Neftçi”, AZAL, “Neftçala”, MOİK, “Şərurspor”.

 

2. Turnirin keçirilmə şərtləri:

• Klublar dairəvi sistemlə bir dövrədə yarışacaqıar;

• Qələbəyə 3, heç-heçəyə 1 xal hesablanacaq, məğlubiyyətə isə xal verilmir;

• Matçların keçirilməsi tarixi yarışların təqvimi ilə müəyyən edilir;

• Nominal meydan sahibi klub geyim dəstinin rəngini seçmə hüququna malikdir;

• Hər klub 30 futbolçu sifariş edə bilər. Ehtiyac olduqda T əlavə sifariş vərəqəsi təqdim edilə bilər;

• Matçlarda 5 əvəzetməyə icazə verilir;

• Protestlərə oyunun protokolunda qeyd olunduqda baxılır;

• Cəzalara Təşkilat Komitəsi tərəfindən baxılır;

• Oyunları AFFA Hakimlər Komitəsinin təyin etdiyi hakimlər idarə edəcək;

• Oyunlar “Bayıl Arena”da keçirilir;

• Oyunların başlama vaxtını CBC Sport təyin edir;

• Digər məsələlər Azərbaycan Premyer Liqası və I divizionun əsasnaməsinə uyğun tənzim olunur.

• 3. Qaliblərin müəyyən olunması:

İki və daha çox klubun topladığı xallar bərabər olarsa, qalib aşağıdakı qaydada müəyyənləşir:

• komandaların öz aralarındakı oyunların nəticələrinə görə;

• komandaların öz aralarındakı oyunlarda top fərqinə görə;

• bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;

• bütün oyunlarda vurulmuş topların sayına görə;

• bütün oyunlarda ən az qayda pozuntularına (sarı vərəqə – 1 cərimə balı, qırmızı vərəqə – 3 cərimə balı) əsasən;

• Püşkatma yolu ilə.

 

Təqvim

 

I Tur
14 yanvar
Saat 13:00 “Neftçi” – AZAL
15 yanvar
Saat 13:00 “Neftçala” – “Şərurspor”

 

II Tur
16 yanvar
Saat 13:00 AZAL – “Neftçala”
17 yanvar
Saat 13:00 MOİK – “Neftçi”

 

III Tur
18 yanvar
Saat 13:00 “Neftçala” – MOİK
19 yanvar
Saat 13:00 “Şərurspor” – AZAL

 

IV Tur
21 yanvar
Saat 13:00 MOİK – “Şərurspor”
22 yanvar
Saat 13:00 “Neftçi”– “Neftçala”

 

V Tur
23 yanvar
Saat 13:00 “Şərurspor” – “Neftçi”
24 yanvar
Saat 13:00 AZAL – MOİK

Xəbər xətti