"Qalatasaray"ın əfsanəsi intihara cəhd etdi

20:50 - 13 Yanvar 2016

Hal-hazırda müalicəsi davam etdirilir
 
Kolumbiya yığmasının keçmiş qapıçısı Farid Mandraqon intihara cəhd edib.
 
Sportal.az xəbər verir ki, məlumatı L`Equipe nəşri yayıb. 44 yaşlı Mandraqon xeyli dozada antidepresant dərman qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və hal-hazırda müalicəsi davam etdirilir. Əfsanəvi qapıçı intihara cəhddən əvvəl şəxsi İnstagram hesabında kiçik qeyd də paylaşıb:
 
“Öz həyatım haqda qərarı yalnız özüm verə bilərəm. Və ətrafdakıların məni günahlandırmağından yorulmuşam, özümü qorumaq imkanım yoxdur”.
 
Xatırladaq ki, Mandraqon Türkiyənin məşhur “Qalatasaray”, İspaniyanın “Saraqosa”, Almaniyanın “Köln” klublarının şərəfini qoruyub. O, 2014-də ildə öz karyerasını doğma klubu “Deportivo”da başa vurub.

Xəbər xətti