Səbəb terror aktlarıdır
Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu təlim-məşq toplanışı üçün Türkiyəyə getməkdən imtina edib.
Sportal.az xəbər verir ki, buna bir neçə gün öncə İstanbulda törədilən terror aktının səbəb olduğu bildirilir. Klub rəhbərliyi qardaş ölkədə təhlükəsizliyin yetəri səviyyədə olmamasını əsas gətirərək toplanışdan imtina etmək qərarı verib. Ancaq "Traktor Sazi"nin azarkeşləri klub rəhbərliyinin bu qərarından narazı qalıblar.
Qeyd edək ki, "Traktor Sazi" Antalyada Azərbaycanın "Zirə" və "Sumqayıt" klubları ilə yoxlama görüşlərində qüvvəsini sınayacaqdı. Təbriz klubu son Azərbaycan çempionu "Qarabağ"la qarşılaşmalı olsa da, bu matç daha öncədən ləğv edilib.
saytlarin hazirlanmasi