Hazırlıq oyunu
Sumqayıt"ın əvəzedici komandası 19 yaşadək milli komandamızla yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, "Dalğa Arena"da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Sumqayıt"ın əvəzedici komandasından qolları Emil Həsənzadə və Orxan Quliyev vurub.
Rövşən Babayevin rəhbərlik etdiyi komanda təlim-məşq toplanışı çərçivəsində yanvarın 16-da növbəti yoxlama oyununu keçirəcək. Sözügedən komanda 1-ci liqa təmsilçisi "Qaradağ Lökbatan"ı qəbul edəcək. "Kapital Bank Arena"da baş tutacaq görüş saat 13:30-da başlayacaq.
saytlarin hazirlanmasi