Təlim-məşq toplanışına
“Sumqayıt” qış hazırlığının ilk mərhələsini başa vurub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bu gün ölkə daxilində son məşqini edib.
Baş məşqçi Samir Abasov təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada keçəcək. Komanda sabah bu məqsədlə Türkiyəyə yollanacaq. Antalyada "The Sense Deluxe" otelində məşkunlaşacaq "Sumqayıt" orda 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Lakin rəqiblərin kimliyi hələ bəlli deyil.
Qeyd edək ki, “Sumqayıt”ın Antalya toplanışı yanvarın 23-dək davam edəcək
saytlarin hazirlanmasi