Xətai Bağırov hazırlıq prosesindən kənarlaşdırılıb
Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səhhətində problem yarandığı üçün Xətai Bağırov hazırlıq prosesindən kənarlaşdırılıb. Onun əvəzinə Namiq Məmmədkərimov və Rəcəb Fərəczadə toplanışa dəvət edilib.
saytlarin hazirlanmasi