"Burda keçdiyimiz hazırlıq bizə çox şey verəcək"
“Bir həftəlik məşq planı ilə işləyirik. Əsasən fiziki hazırlığa üstünlük veririk. Şəraitimiz çox yaxşıdır. Həm baza, həm də meydançalar normaldır”.
Sportal.az xəbər verir ki, bu sözlər “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi Azər Məmmədova məxsusdur. Gənc mütəxəssis klubun rəsmi saytına komandasının Yevlaxdakı təlim-məşq toplanışını dəyərləndirib: “Düşünürəm ki, burda keçdiyimiz hazırlıq bizə çox şey verəcək. Çünki uşaqlar bütün günü bir yerdədirlər, səylə məşq edirlər, bütün diqqət futbola və hazırlığa yönəlib. Bunun faydasını futbolçular çempionatda görəcəklər”.
Azər Məmmədov gələcək planlardan da danışıb. O, çempionatın startına kimi komandanın iki yoxlama oyunu keçirəcəyini sözlərinə əlavə edib.
saytlarin hazirlanmasi