Məşhur futbolçu Avstraliyaya üz tutdu FOTO

22:02 - 16 Yanvar 2016

"Mariners" klubu ilə müqavilə imzaladı
 
Məşhur ispaniyalı futbolçu Luis Qarsiya özünə yeni klub tapıb.
 
Sportal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Avstraliyanın "Mariners" klubu ilə müqavilə imzalayıb. Qarsiya yeni komandası "Mariners"də mövsümün sonuna qədər çıxış edəcək.
 
Xatırladaq ki, son klubu Hindistanın "Atletiko" Kolkata klubu olan Luis Qarsiya, "Barselona", "Atletiko" Madrid və "Liverpul" kimi klubların şərəfini qoruyub.
 

 

Xəbər xətti