Bakı Olimpiya Stadionu "ən yaxşı" seçilə bilər

11:09 - 17 Yanvar 2016

Sabah bəlli olacaq

 

Dünyanın ən yaxşı stadionu adı uğrunda sorğuya yekun vurulub.

 

Sportal.az xəbər verir ki, StadiumDB portalının apardığı sorğuda Bakı Olimpiya stadionu da namizədlər arasında yer almışdı.

 

Səsvermədə 2015-ci ildə istifadəyə verilən və 10 000-dən çox azarkeş tutumuna malik arenalar iştirak edirdi. Səsvermənin yekunu yanvarın 18-də açıqlanacaq.

Xəbər xətti