"Rot-Vays"ın baş məşqçisi: "Qarabağ" kimi güclü rəqibə qarşı yaxşı oynadıq"

13:50 - 17 Yanvar 2016

"Şansımız olsa da..."

 

Xəbər verdiyimiz kimi, Antalyada təlim məşq toplanışında olan "Qarabağ" Almaniya Regional Liqa təmsilçisi "Rot-Vays" ilə keçirdiyi yoxlama matçında 1:0 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Almaniya təmsilçisinin baş məşqçisi Yan Zivert bunları qeyd edib:

 

"Oyundan öncə, şansımız olsa da, məğlub olduq. Düşünürəm ki, "Qarabağ" kimi Avropa Liqasında oynamış güclü rəqibə qarşı gənc futbolçularımız yaxşı oynadı. Məğlub olmağımıza baxmayaraq, oyunumuzdan razı qaldım".

Xəbər xətti