"Onlar cəzalanacaqlar"
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Bakıda təşkil olunan mini-turnirdə birinci divizion təmsilçisi "Neftçala"ya qarşı keçirdikləri oyundan (1:1) sonra fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, o, bunları söyləyib:"Komanda yorğun idi. Üstəlik, matçın gedişində iki futbolçumuzu itirməyimiz də bizə problem yaratdı. Həmin qırmızı vərəqələr komandanın çıxışına çox təsir göstərdi. Mən bu futbolçulara haqq qazandırmıram. Onlar cəzalanacaqlar. Aydın məsələdir ki, futbolçu bir sarı vərəqə aldıqdan sonra qarşısında ikincini və qırmızı vərəqəni görürsə, deməli, hakimə nə isə deyib. Amma gəlin məsələnin digər tərəfinə də baxaq. Belə qırmızı vərəqə olan kimi, hamı "Neftçi"dəki intizamdan danışmağa başlayır. Bu baxımdan komandada problem yoxdur, hər şey qaydasındadır". (СВС)
saytlarin hazirlanmasi