"Sumqayıt" Qazaxıstan təmsilçisini məğlub etdi

00:08 - 18 Yanvar 2016

Qarşılaşmada 1 qol
 
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə ilk yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda əvvəlcədən planlaşdırıldığı kimi Qazaxıstanın “Akjayık” klubu ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "kimyaçılar" 1:0 hesablı qələbə qazanıb. Oyunda “Sumqayıt” FK-dan yeganə qolu penaltidən Pərdis Fərcad-Azad vurub.
 
“Sumqayıt” - “Akjayık” (Qazaxıstan) 1:0
Qol: Pərdis Fərcad-Azad, 78.

Xəbər xətti