"Sumqayıt" üçün İran komandası

15:27 - 18 Yanvar 2016

"Sepehan"la yoxlama matçında qüvvəsini sınayacaq

 

Dünən ilk yoxlama oyununda Qazaxıstanın “Akjayık” klubunu məğlubiyyətə uğradan “Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" bu gün qonşu ölkədə növbəti məşqini keçirib. 


Baş məşqçi Samir Abasovun rəhbərliyi altında komanda daha çox taktiki və texniki çalışmalar üzərində işləyib. Sonda kollektiv ikitərəfli oyunla məşqi tamamlayıb.


Bu arada, təmsilçimizin Türkiyədəki daha bir rəqibi müəyyənləşib. Belə ki, onlar yanvarın 21-də İranın “Sepehan” klubu ilə yoxlama matçında qüvvəsini sınayacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.


Qeyd edək ki, "Gənclər şəhəri" təmsilçisi “Sepehan”dan başqa növbəti yoxlama oyunlarını Rumıniya yüksək liqa klublarına qarşı keçirəcək. Sunqayıtlılae yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xəbər xətti