"CBC Sport kuboku"
AFFA, PFL və CBC Sport televiziya kanalının birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən “CBC Sport kuboku”nda III tura start verilib.
Sportal.az xəbər verir ki, AZAL “Şərurspor” klubunu 3:2 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisinin qollarını Murad Səttarlı, Elmin Çobanov və penaltidən Aleksandr Quruli vurub. “Şərurspor”dan isə penaltidən Rəhman Musayev və Elşən Məmmədov fərqlənib.