Pupon 90 dəqiqə oynayıb
"Qarabağ"dan ayrılan futbolçu Raydel Puponun Hollandiyanın "Roda"klubuna transfer olması barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, 29 yaşlı forvard artıq yeni komandasının heyətində debüt edib. O, Erediviziyanın 18-ci turu çərçivəsində keçirilən "Roda" - "Az Alkmar" matçında iştirak edib. Puponun 90 dəqiqə meydanda olduğu matçda komandası 0 - 1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Roda" 18 turdan sonra 16 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.