"Bunun xeyrini yəqin ki, çempionatda görəcəyik"
“Kəpəz” çempionatın qış fasiləsi müddətində hazırlığını ilk mərhələsini tamamlayıb.
Sportal.az xəbər verir ki, bir həftə ərzində Yevlaxda fiziki məşqlər üzərində işləyən komanda toplanışa “Qaradağ Lökbatan”a qarşı oyunla yekun vurub.
“Sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına təlim-məşq toplanışı və yoxlama matçı ilə fikirlərini bölüşüb: “Təlim-məşq toplanışından çox razı qaldım. Uşaqlar səylə işlədilər, verilən tapşırıqları yerinə yetirmək üçün bacarıqlarını ortaya qoydular. Dünən səhər məşqindən sonra birbaşa Bakıya yola düşdük. Yorğunluq fonunda hazırlığımızın ilk mərhələsini yoxlama oyunu ilə tamamladıq. Birinci divizion klubu ilə görüşdə bütün futbolçulara oynamaq imkanı verdik. Oyunçular yorğun idilər, bununla belə meydanda layiqincə mübarizə aparmağa çalışdılar. Yevlax toplanışını təhlil edərkən deyim ki, komanda hər bir cəhətdən tam gücü ilə çalışdı. Bunun xeyrini yəqin ki, çempionatda görəcəyik”.
Sonda qeyd edək ki, komanda üzvləri iki günlük istirahətə buraxılıb.
saytlarin hazirlanmasi