"Kəpəz" toplanışın ilk mərhələsini başa vurdu

19:38 - 18 Yanvar 2016

İkinci mərhələni Gəncədə keçirəcək

 

“Kəpəz”in əsas komandası kimi əvəzedicilər də təlim-məşq toplanışının ilk mərhələsini başa vurub.

 

Sportal.az xəbər verir ki, çempionata hazırlığa Yevlaxda start vermiş “dubl”un məşq planına uyğun olaraq ilk mərhələ fiziki gücün artırılması üzərində qurulub.

 

Əvəzedici heyət gündə iki dəfə səhər və axşam olmaqla məşqə çıxıb. Komandanın zədəli qapıçısı Cavid Əsgərov istisna olmaqla heyətin bütün üzvləri toplanışda iştirak edib.

 

“Sarı-göylər” çempionata hazırlığın ikinci mərhələsini Gəncədə keçirəcək. Komanda doğma şəhərdə taktiki və texniki hazırlıq üzərində çalışacaq. Qış fasiləsi müddətində əvəzedicilər iki yoxlama oyunu keçirəcək.

Xəbər xətti