Mutu "Zirə"nin rəqibinə transfer oldu

20:37 - 18 Yanvar 2016

Karyerasını vətənində davam etdirəcək
 
Məşhur rumıniyalı futbolçu Adrian Mutu özünə yeni klub tapıb.
 
Sportal.az xəbər verir ki, 37 yaşlı forvard Hindistanın "Pune Siti" klubundan ayrılaraq vətəninə üz tutub. Təcrübəli futbolçu "Tarqu Mureş" klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
 
Qeyd edək ki, "Tarqu Mureş" Antalya təlim məşq toplanışı zamanı təmsilçimiz "Zirə" ilə yoxlama matçı keçirəcək.
 
Xatırladaq ki, Adrian Mutu karyerasının ən yaxşı dövrünü "Fiorentina" klubunda keçirib. Bundan əlavə, Mutu Rumıniya millisinin heyətində 77 matçda 35 qol vurmağa nail olub.

Xəbər xətti