"Sumqayıt"ın yeni transferi komandadan ayrı çalışdı

18:30 - 19 Yanvar 2016

Komanda taktiki gedişlər üzərində çalışıb

 

“Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda bu gün qonşu ölkədə 2 məşqdən birini artıq başa vurub.

 

Səhər saat 11:00-da start götürən hazırlıq prosesində komanda taktiki gedişlər üzərində çalışıb. "Qarabağ"dan transfer olunan Eltun Yaqublu yüngül zədə aldığına görə kollektivdən ayrı çalışıb. Ardından "Sumqayıt" 3 qrupa bölünərək tenisbol oyunu ilə məşqi tamamlayıb. Komanda yerli vaxtla axşam saat 17:00-da ikinci məşqinə çıxacaq.

 

Xatırladaq ki, Samir Abasovun rəhbərlik etdiyi komanda sabah növbəti yoxlama oyununu keçirəcək. "Sumqayıt" Rumıniya klubu “Voluntari” ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. 

Xəbər xətti