"Xəzər Lənkəran"ın ilk rəqibi məlum oldu

00:18 - 20 Yanvar 2016

Komanda yanvarın 23-ü Bakıya yollanır
 
"Xəzər Lənkəran" hazırlığını davam etdirir.
 
Sportal.az xəbər verir ki, artıq cənub klubunun ilk yoxlama oyunundakı rəqibi də məlumdur. Belə ki, "ağ-yaşıllar" yanvarın 23-də "Sumqayıt"ın əvəzedici komandası ilə qarşılaşacaq. Bundan bir gün öncə isə komanda Bakıya yola düşəcək və hazırlığını paytaxtda davam etdirəcək.
 
Yanvarın 25-də daha bir sınaq matçının keçirilməsi nəzərdə tutulub. Amma rəqibin kimliyi hələlik, bəlli deyil.

Xəbər xətti