Komandaya 1 günlük istirahət verildi
“Kəpəz”in əvəzedici heyəti də mövsümün ikinci hissəsinə hazırlığı davam etdirir.
Sportal.az xəbər verir ki, Yevlax toplanışını başa vuran sözügedən komanda Gəncədə məşqlərə başlayıb. Təlim-məşq toplanışı çərçivəsində Azər Məmmədovun yetirmələri ötən gün yoxlama oyunu da keçirib. Əvəzedicilər “Turan Tovuz”un qonağı olub. Görüşdə tərəflərin səyinə baxmayaraq hesab açılmayıb - 0:0.
Birinci divizion təmsilçisi ilə matçdan sonra komanda üzvlərinə bir günlük istirahət verilib.
saytlarin hazirlanmasi