"Sumqayıt" Rumıniya klubu ilə qarşılaşacaq

12:21 - 20 Yanvar 2016

Yoxlama matçı

 

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Sumqayıt" bu gün növbəti yoxlama matçına çıxacaq.

 

Sportal.az xəbər verir ki, "Kimyaçılar" Rumıniya yüksək liqa təmsilçisi "Voluntari" ilə qarşılaşacaq.Matç bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Qazaxıstanın "Akjayık" klubunu 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti