Qara sarğı ilə çıxdılar
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Zirə" yoxlama matçında Almaniyanın Regional liqası təmsilçilərindən "Optik”lə qarşılaşıb.
Sportal.az xəbər verir ki, oyun almanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan əvvəl isə 20 Yanvar faciəsi yad edilib. Belə ki, bakılar üzərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlərin təsvir olunduğu şəkillər və faciə haqqında yazılı məlumatların yer aldığı kağızları üç dildə hazırladaraq, həm Almaniya təmsilçisinə, həm də komanda üzvlərinə təqdim ediblər.
Futbolçular isə meydana qara sarğıyla çıxıblar və oyundan öncə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla anılıb.
saytlarin hazirlanmasi