"Dalğa Arena"da...
Yevlax toplanışından sonra iki günlük istirahətə buraxılan “Kəpəz” məşqləri bərpa edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Bakıda hazırlıq keçir. Gündə bir dəfə məşqə çıxan “sarı-göylər” “Dalğa Arena”da hazırlaşır. Məşqçilər korpusu paytaxtda texniki və taktiki çalışmalara diqqət ayıracaq.
Xatıraldaq ki, komanda Bakıda iki yoxlama oyunu keçirəcək. Nizami yurdunun təmsilçisi yanvarın 23-də “Neftçi”, ayın 26-da isə “Ağsu” ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi