Texniki-taktiki çalışmalara üstünlük verilib
“Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurmaq üzrədir.
Sportal.az xəbər verir ki, bu gün “qartallar” son məşqə çıxıb. Baş məşqçi Adil Şükürov güclü yağışla müşahidə olunan məşqdə əsasən, texniki-taktiki çalışmalara üstünlük verib. Komanda Antalya toplanışını yoxlama oyunu ilə başa vuracaq.
Sabah “Zirə” Rumıniyanın “Tarqu-Mureş” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
saytlarin hazirlanmasi