"Futbolçulara və futbol sahəsində işləyənlərə böyük pullar verilir"

18:44 - 21 Yanvar 2016

Şota Arvaladze: "Atalar var ki, öz uşaqlarına heç bir şey ala bilmirlər"
 
“Trabzonspor”un sabiq gürcüstanlı baş məşqçisi Şota Arveladze maraqlı açıqlamaları ilə diqqət çəkib.
 
Sportal.az xəbər verir ki, o, futbola böyük pulların yatırıldığını və bunun normal olmadığını bildirib. 
 
"Futbolçulara və futbol sahəsində işləyənlərə böyük pullar verilir. Bu düzgün deyil. Çünki insanlar var ki, ac qalırlar. Atalar var ki, öz uşaqlarına heç bir şey ala bilmirlər. Nə edə bilərik ki? Bunu biz başlamadıq ki, biz də bitirək”. 

Xəbər xətti